AZ

Aviasiya təhlükəsizliyi inspektoru oğurluq ittihamı ilə saxlanılıb

1990-cı il təvəllüdlü M.B. xidməti vəzifəsini yerinə yetirərkən, vətəndaşa məxsus qızıl əşyaları qanunsuz şəkildə mənimsəyib.

Bakues.az “İnterpress”ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin Baş Müfəttişliyi tərəfindən aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində oğurluq faktına görə Mülki Mühafizə İdarəsinin Aviasiya Təhlükəsizlik Şöbəsinin inspektoru saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) üzrə istintaq aparılır.

Cinayət 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Seçilən
90
icma.az

1Mənbələr