AZ

Neft Fonduna bu il AÇG və “Şahdəniz”dən daxil olan gəlirlərin həcmi açıqlanıb

ain.az bildirir, Apa.az portalına istinadən.

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağından blokundan 4 850,6 mln. manat vəsait daxil olub.

Bu barədə “APA-Economics” Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 mln. manat həcmində vəsait daxil olub.

“”Şahdəniz” yatağından (qaz və kondensat) isə 423,3 mln. manat məbləğində vəsait daxil olub”, - məlumatda qeyd olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
2
apa.az

3Mənbələr