AZ

Mərdəkanda dənizdə batan 18 yaşlı gəncin FOTOSU: Bu gün əsgər gedəcəkdi...

Xəbər verdiyimiz kimi, iyulun 22-də Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Sitat.info gəncin yaxınları ilə əlaqə saxlayıb. 

Məlumata görə, bu gün axtarışlar nəticəsində  2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 Qeyd edək ki, M.İsmayılov nəzarətsiz ərazidə boğulub və ölüm səbəbi suya baş vurarkən başının qayaya çırpılması nəticəsində aldığı xəsarətdən dolayı suda köməksiz vəziyyətdə qalması olub. 

Bu dəhşətli faciə yaşanmasaydı, Məhəmməd İsmayılov bu gün hərbi xidmətə yola düşəcəkdi. 

Allah rəhmət eləsin 

Məğrur,

Sitat.info

Seçilən
53
2
sitat.info

3Mənbələr