“Məhkəmə iddiaçının tərəfini tutub və İrəvanı Ermənistan parlamentinin bu yaxınlarda qəbul etdiyi düzəlişləri yerinə yetirmək, eləcə də “EEŞ”-in zorla müsadirəsinə yönəlmiş növbəti hərəkətlərdən çəkinmək məcburiyyətinin ehtiva olunduğu təcili qərar çıxarıb”, - xəbərdə deyilir.
Arbitraj qərarında qeyd olunub ki, yeni qanunvericilik tədbirləri onların Ermənistanın Kipr qarşısında beynəlxalq öhdəliklərinə uyğunluğuna dair ciddi şübhələr yaradır. Məhkəmə həmçinin təcili müvəqqəti tədbirlər görülməsə, Karapetyan ailəsinin aktiv üzərində nəzarəti itirmək riski ilə üzləşdiyini və dəymiş itkilərə görə tam kompensasiya ala bilməyəcəklərini vurğulayıb.
![]() |
Karapetyan Paşinyana meydan oxuyur| VİDEO |
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də Ermənistanda saxlanılıb. Onun vəkili Armen Feroyanın sözlərinə görə, iş adamı respublikada hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunub. Elə həmin gün İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. Samvel Karapetyan itithamlarla razılaşmır.
İyulun 3-də isə Ermənistan parlamenti hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri (EEŞ)” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib. Məhz bu qərarla bağlı Samvel Karapetyan Beynəlxalq Arbitraj Məhkəməsində Ermənistan hökumətinə qarşı iddia qaldırıb.
Sahil İsgəndərov
AzVision.az