Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun(ARDNF) aktivləri 66,5 milyard ABŞ dollarına çatıb.
Trend bubarədə Fonddan məlumat əldə edib.
Məlumata görə, ARDNF-nin aktivləri ilin əvvəli ilə müqayisədə10,8% artıb.
Cari ilin yanvar-iyun aylarında Fondun gəlirləri 8,8 milyardmanat, xərcləri isə 7,3 milyard manat təşkil edib.
Bu dövr ərzində Fondun neft-qaz sazişləri üzrə gəlirləri 5,7milyard manat, investisiya gəliri 3,1 milyard manat olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrasıçərçivəsində 7,240 milyard manat vəsait dövlət büdcəsinə transfertedilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında alitəhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrəDövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat, “Gənclərinxarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalmalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nınmaliyyələşməsinə 20,1 milyon manat yönəldilib.
ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzindəAzərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyatakeçirilən hərraclarda 3 718,1 milyon ABŞ dolları məbləğində vəsaitsatılıb.