AZ

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildi

35 gün erməni əsirliyində qalan Mobilə vəzifə verildiVətən müharibəsi qazisi, baş leytenant Mobil Əhmədzadəyə Müdafiə Nazirliyində vəzifə verilib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

M.Əhmədzadə Hərbi Polis İdarəsində şöbələrdən birinin rəis müavini kimi xidmətə başlayıb.

Qeyd edək ki, Mobil İlqar oğlu Əhmədzadə 1999-cu ildə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı yaralı halda 35 gün erməni əsirliyində qalıb və orada ayağı amputasiya olunub. Əhmədzadə 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.



Seçilən
52
25
news24.az

10Mənbələr