Bakı. Trend:
Çinin Suçjou şəhərində “Qlobal inkişaf üçün gənclərinpotensialının açılması” şüarı altında “Gənclərin İnkişafı QlobalForumu–2025”in açılışı keçirilib. 100-dən çox ölkə və 17 beynəlxalqtəşkilatdan 500-ə yaxın şəxsin, o cümlədən, gənc nazirlərin,liderlərin və müxtəlif təşkilatların nümayəndələrinin iştiraketdiyi forumda Azərbaycan da təmsil olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, forum BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030Gündəliyinə və Çinin inkişaf, təhlükəsizlik və sivilizasiyasahəsində gənclərin beynəlxalq əməkdaşlığına töhfə verməyihədəfləyib.
Tədbirdə “Gənclərin İnkişafı üzrə 2025-ci il Qlobal FəaliyyətPlanı” çərçivəsində 100 layihə təqdim olunub, yaşıl istehlak,texnoloji innovasiyalar, süni intellekt və mədəni irsin qorunmasımövzularında sessiyalar təşkil edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə tədbir çərçivəsində “İpək Yolu Gənc Sahibkarlar” adlıforum keçirilib. Afrika, Asiya və Avropadan 35 ölkədən 37 gəncinqatıldığı tədbirdə sahibkarlıq, innovasiya və qlobal çağırışlarmövzusunda panel müzakirələr aparılıb.
“İpək Yolu Gənc Sahibkarlar” forumunun açılış mərasimində ÇinGənclər Federasiyasının Baş Katibinin müavini Liu Kai və “Böyükİpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Prezidenti Aytən Əliyevaçıxış ediblər. Xanım Liu Kai çıxışında gənclər arasında sahibkarlıqvə əməkdaşlığın əhəmiyyətindən, “Böyük İpək Yolu” Gənclər İttifaqıilə birgə əldə olunan uğurlardan və “Bir Yol, Bir Kəmər” təşəbbüsüçərçivəsində görülən işlərdən danışıb. Aytən Əliyeva tədbirinməqsədinin İpək Yolu ölkələrindən gəncləri bir araya gətirmək vəsahibkarlar şəbəkəsi yaratmaq olduğunu bildirib. Çin GənclərFederasiyasına ev sahibliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinəişə göstərdiyi dəstək üçün təşəkkür edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) TəşkilatlarıMilli Konfederasiyasının Beynəlxalq Əlaqələr və Dayanıqlı İnkişafDepartamentinin rəhbəri Afət Məmmədova forumun moderatoru kimiçıxış edib. Onun ingilis və çin dillərində apardığı sessiyalaryüksək qiymətləndirilib.
“Gənclərin Səsi: İpək Yolu İnnovatorları” adlı sessiyadaPakistan, Türkiyə, Seneqal, Misir, Qazaxıstan və digər ölkələrdənolan gənc startapçılar innovativ layihələrini təqdim ediblər. Panelmüzakirələrdə gənclərin innovasiyalar vasitəsilə qlobal problemlərəcavab verməsi və davamlı inkişaf məqsədlərinə töhfəsi müzakirəolunub.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Daha sonra iştirakçıların Şanxay, Çanşa və Sian şəhərlərinəişgüzar səfəri baş tutub.