AZ

FHN-in Şimal-Qərb Regional Mərkəzində metodiki toplantı keçirildi - FOTO

BAKI, 23 İyul. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzində “Mülki müdafiə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, tədbirdə Regional Mərkəzin əməkdaşları, regiondakı aidiyyəti xidmətlərin, idarə və təşkilatlarınn mülki müdafiə qərargahlarının rəisləri və səlahiyyətli şəxsləri iştirak ediblər.

Toplantının keçirilməsində əsas məqsəd ərazidə mülki müdafiə işinin təşkilinin mövcud vəziyyətinin təhlili, görülmüş işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsinin aparılması olub.

Toplantıda çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs edərək, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirdə Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən müvafiq ərazidə mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlərdən söz açılıb, onların həllinə dair təkliflər səsləndirilib. Həmçinin, idarə və təşkilatlara mülki müdafiə sahəsində göstərilmiş metodiki köməkliklərdən danışılıb, əhalinin xəbərdar edilməsi, maarifləndirmə sahəsində görülmüş işlərdən bəhs olunub.

Metodiki toplantıda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
64
teleqraf.com

1Mənbələr