AZ

AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyirik

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyir.

Bunu AMB-nin baş direktoru Vüqar Əhmədov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Avro-dollar məsələsi çox vacibdir. Bu məsələdə bir neçə ilə deyil, çox geniş dövrə baxmaq lazımdır. Manatın məzənnəsi sabit olsa da, dollar-avro münasibətləri dəyişir. Biz 20 illik dinamikaya baxsaq görərik ki, orta göstəriciyə qısamüddətli qayıdış ola bilər. Ancaq bu o demək deyil ki, digər valyutalar avro və dollar qarşısında dəyərini itirir. Dolların daima ucuzlaşacağı fikri doğru deyil. Spot dollar indeksinin manatın nominal effektiv məzənnəsinə təsiri çox aşağıdır”, – deyə o qeyd edib.

Seçilən
106
3
banker.az

4Mənbələr