AZ

Bakıda niyə su tapılmır? - RƏSMİ

"Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır. Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır".

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

"Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb",-deyə qurumdan verilən məlumatda deyilir.

Xatırladaq ki, son günlər Bakıda su təminatında ciddi problemlər yaranıb. Bəzi əraziərdə günlərlə su verilmir, əksər ərazilərə isə uzun fasilələrlə verilir.

Xəzər

"Cebheinfo.az"

Seçilən
31
13
cebheinfo.az

10Mənbələr