AZ

Şair İbrahim İlyaslı nələrdən danışdı?

Şair

Bu gün Sumqayıt Poeziya Evində ədəbi mühit üçün yadda qalan bir görüş baş tutdu. Ulusum. Az xəbər saytının əməkdaşları və təsisçisi Raxşəndə Daşdəmirova Poeziya Evində şair, düşüncə adamı İbrahim İlyaslı ilə görüşdülər. Görüş səmimi ab-hava ilə keçdi, poeziya sevərlərlə dolu salonda şair öz yaradıcılıq yolu, ədəbi düşüncələri və ədəbiyyatın bugünkü durumu ilə bağlı fikirlərini bölüşdü.İbrahim İlyaslı gənc nəslin kitaba olan marağından, ədəbiyyata olan münasibətindən söz açaraq, bu sahədə müşahidə etdiyi dəyişikliklərə toxundu. O, həmçinin yeni çapdan çıxmış “Salam sahibi haqqdır” adlı kitabı haqqında danışaraq, kitabın ideya qaynaqları və oxucu ilə qurduğu bağdan bəhs etdi.Görüşün sonunda Ulusum.az saytının ailəsinə yeni nəşrdən çıxan "Salam sahibi haqqdır" kitabını imzalayaraq hədiyyə edən şair, bu cür görüşlərin ədəbi mühitin inkişafına mühüm töhfə verdiyini bildirdi.Səmimi söhbət və ruhlandırıcı müzakirələrlə dolu bu görüş Ulusum əməkdaşlarında da dərin təəssüratlar yaratdı... Bizdə İbrahim müəllimə daimi yazmağı yaratmağı, özü demiş könül bağını qurmağa davam etməyi Arzu edirik...

Diqqət Çəkənlər

Meyvə və giləmeyvələri dondurmaq üçün ən yaxşı üsullar nələrdir?

“Şakir Paşa Ailesi” layihəsi dayandırıldı – Mübahisələr, faciələr və sənət dolu bir səyahətin sonu

Ağırlıq qaldırarkən belinizi yox, ayaqlarınızı işə salın – Önəmli Xəbərdarlıq

Seçilən
70
ulusum.az

1Mənbələr