AZ

Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? Nazirlik susur

ain.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Bakının Nəsimi rayonu, 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmməova xadimələrə öz şəxsi avtomobilini yuduzdurduğu üçün işdən azad edilib.

Tribunainfo.az bildirir ki, xəbər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, 1994-cü il tarixindən bu məktəbin direktoru vəzifəsində işləyən Esmira Məmmədova 2018-ci ilin martında Azərbaycan Prezidenti sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Eyni zamanda, direktor 2001-ci il martından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ona göstərilən etimadı isə direktor yerə vurub və avtomobilini yudurtmaqla fironluğunu göstərib. Amma sonda ona yerini də göstəriblər – işdəki kreslodan evdəki kresloya…

Maraqlı detal ona “Tərəqqi” medalının verilməsinə dair təqdimatdır. Elm və Təhsil Nazirliyi onun fəaliyyətində hansı müsbət hallara görə prezidentə təqdimatını verib? Bir direktor maşınını xadimələrə yuduzdurursa, onun nə kimi fəaliyyəti, təhsilə töhfəsi ola bilər? Görünür ki, nazirlik dövlət rəhbərliyinə düzgün təqdimat verməyib. Hələlik ETN susur və izahat verməyib. Amma onun fəaliyyətində təhsilin tərəqqisi üçün heç bir əməl yoxdur ki, “Tərəqqi” medalı alsın.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
5
tribunainfo.az

6Mənbələr