Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə 1 barel neftin orta qiymətinin 68,6 dollar olacağını gözləyir. Belə bir ssenaridə cari əməliyyatlar balansının profisitinin 3,6 - 4 milyard dollar civarında olacağı proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri əlavə edib ki, 2026-cı ildə 1 barel neftin orta qiymətinin 64,6 dollar, cari əməliyyatlar balansının profisitinin 3,5 milyard dollar ətrafında proqnozlaşdırılır.
Qeyd edək ki, bundan öncə Azərbaycan Mərkəzi Bankı tərəfindən 2025-ci ildə proqnozlaşdırılan neftin orta qiyməti 77,3 dollar dollar idi.