AZ

Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ


Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunub ki, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq "Seyidli" yarımstansiyasında profilaktik təmir və ölçü sınaq işlərinin aparılması məqsədi ilə Xaçmaz rayonu Nabran, Seyidli, Meşəli, Müqtədir, Aşağıoba, Sahillər və Dalğalı kəndlərində bu gün 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mətləb

phrase_var_article.chosen
16
35
baki-xeber.com

10phrase_var_article.sources