“Neftçi” növbəti transferini həyata keçirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin artıq Bakı təmsilçisinin üzvüdü. 27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb.
Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. Onun bir neçə mövqedə oynamağı bacaran universal futbolçu olduğu bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta