Gəncədə bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı - 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar. Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir. Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb