Bakı, 23 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 8 qumbara, 6 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 294 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.