ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
İraq ABŞ-ın “Schlumberger” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, əl-Ənbar vilayətindəki Akkas qaz yatağında qazma işləri aparılacaq və gündəlik hasilatın həcmi 100 milyon standart kub futa (təqribən 2,8 milyon kub metr) çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu İraq Baş nazirinin enerji işləri üzrə müavini, neft naziri Həyyan Əbdülqəni əs-Suvad bildirib. Nazir əlavə edib ki, Ukrayna şirkəti ilə bu yataqla bağlı imzalanmış müqavilə ləğv olunub.
Öz növbəsində, İraqda qaz yatağının işlənməsi üzrə müqavilə imzaladıqlarına görə məmnunluğunu bildirən “Schlumberger”in inteqrasiya olunmuş layihələr üzrə rəhbəri Gokhan Yarim qeyd edib ki, şirkət müqavilə üzrə öhdəlikləri təyin olunmuş müddətdə həyata keçirmək üçün çalışacaq.
Neft Nazirliyinin hasilat işləri üzrə müavini Bəsim Məhəmməd Xıdır bildirib ki, imzalanan müqavilə qaz sektoru üzrə hasilat sahəsində bir uğurdur və Akkas qaz yatağının işlənməsinin birinci mərhələsinin başlanğıcıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.