AZ

“JPMorgan” kriptovalyuta aktivlərindən girov kimi istifadə edən müştərilərə kredit verməyə başlayacaq — “Financial Times”

Amerika bankı “JPMorgan Chase & Co.” kriptovalyuta aktivlərindən girov kimi istifadə edən müştərilərə kredit verməyə başlaya bilər.

Qəzet qeyd edir ki, bu qərar ABŞ-nin ən böyük banklarının rəqəmsal aktivlərin ənənəvi maliyyə sisteminə inteqrasiyasına növbəti dəstəyin əlaməti olacaq. Bu, həmçinin səkkiz il əvvəl bitkoini “fırıldaqçılıq” adlandıran “JPMorgan”ın baş direktoru Ceymi Daymonun mövqeyinin nə qədər ciddi dəyişdiyini göstərəcək. Daha əvvəl o hesab edirdi ki, kriptovalyuta bazarı yalnız cinayətkarlar üçün faydalıdır və “gec-tez dağılmağa” məhkumdur.

Son illərdə Daymonun mövqeyi yumşalıb. “Məncə, siqaret çəkməməlisiniz, amma bunu etmək hüququnuzu qəbul edirəm. Bitkoin almaq hüququnuzu da qəbul edirəm”, – deyə o, may ayında deyib.

“FT” mənbələri bildirirlər ki, “JPMorgan” gələn il bitkoin və “Ethereum” da daxil olmaqla kriptovalyutalardan girov kimi istifadə edən müştərilərə kredit verməyə başlaya bilər.

Bank daha əvvəl kriptovalyuta ETF-lərlə təmin edilmiş müştərilərə kredit verməyə başlamağı planlaşdırdığını açıqlamışdı. “JPMorgan” səhmləri çərşənbə axşamı bazar əvvəli ticarətdə 0.2% bahalaşıb. Ümumilikdə isə bu il onlar 21.4% artıb.

Seçilən
65
1
banker.az

2Mənbələr