Prezident Volodimir Zelenski Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.
Operativ Media xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb.
Zelenski bu heyətə ombudsmanın nümayəndəsini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının digər nümayəndəsini əlavə edib.