ABŞ prezidenti Donald Tramp Yaponiya, Filippin və İndoneziya ilə ticarət müqavilələri imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Amerika lideri bildirib ki, Yaponiya ilə ticarət müqaviləsi 550 milyard dollar investisiya və 15 faizlik cavab rüsumları ilə nəticələnəcək.
“Biz indicə Yaponiya ilə böyük, bəlkə də tarixdə ən böyük sövdələşmə bağladıq”, - Tramp deyib.
Tramp vurğulayıb ki, Tokio digər şeylər arasında avtomobil, yük maşınları, düyü və bəzi kənd təsərrüfatı məhsulları ticarətinə başlayacaq.
O, “Truth Social” sosial şəbəkəsində yazıb: “Yaponiya ilə həmişə əla əlaqələr saxlayacağıq”.
Tramp həmçinin İndoneziya və Filippinlə ticarət razılaşmaları əldə etdiyini bildirib. Hər iki ölkədən idxal olunan mallara 19 faizlik tariflər daxildir.