AZ

Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Ölkə üzrə 47 cinayət faktı açılıb, axtarışda olan 86 nəfər saxlanılıb.

Bakues.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 22-də respublika ərazisində 47 cinayət faktı qeydə alınıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin üstü açılıb.

Həmin gün axtarışda olan 86 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa verilmiş 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, narkotiklərlə bağlı 16, qanunsuz saxlanılan silah-sursatla əlaqədar isə 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

phrase_var_article.chosen
20
50
icma.az

10phrase_var_article.sources