Gəncədə bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü V. Qazıyev döş qəfəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs Gəncə şəhər sakini, 2001-ci il təvəllüldü Fərid Qurbanovdur. Belə ki, Fərid Qurbanov aralarında baş verən mübahisə zamanı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyevi və onun qardaşı 1993-cü il təvəllüdlü Vüqar Qazıyevi bıçaqlayıb. Hazırda hadisəni törədən şəxsin yerinin müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir.