AZ

Şabranda avtomobil darvazaya çırpıldı: Ölən və xəsarət alanlar var

Şabranda avtomobil divara çırpılıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramazan Kamran oğlu Süleymanov idarə etdiyi "Daewoo Gentra" markalı, 01-CH-178 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri Heydər Əliyev prospektində yaşayış evinin darvazasına çırpılıb.
 
Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki sərnişin - 2005-ci il təvəllüdlü Kamal Orucəli oğlu Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Dadaş oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 
Seçilən
58
12
moderator.az

10Mənbələr