AZ

Musson yağışları: Pakistanda ölənlərin sayı 242 nəfərə çatdı

Pakistanda musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 242-yə yüksəlib.

Turkustan.az xəbər verir ki, Pakistan ərazisində iyunun sonunda başlayan və hazırda davam edən musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub.

Son 24 saat ərzində daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 21 nəfərin daha həlak olduğu bildirilir. Hadisələr nəticəsində yaralananların sayı isə 600-ə çatıb.

Yağışlardan ən çox Pəncab əyalətinin zərər gördüyü, bölgədə ölənlər arasında 40 qadın və 104 uşağın olduğu bildirilir. Pəncabda ümumilikdə 135 nəfər həlak olub, 470 nəfər isə yaralanıb.

Musson yağışlarının başlamasından bu yana 804 evin zərər gördüyü bildirilir. /Bakupost.az/

phrase_var_article.chosen
6
10
turkustan.az

10phrase_var_article.sources