Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Şabranda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun sürdüyü “Daewoo Gentra” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə maşın Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb. Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan sərnişinlər - 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.