"Paramount" Trampın tələbini qarşıladı — 16 milyon dollar ödədi
"CBS News" telekanalının sahibi "Paramount Global" media holdinqi Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə ötən ilin oktyabrındakı müsahibə ilə bağlı məhkəmə iddiasının nizamlamanması çərçivəsində 16 milyon dollar ödəyib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
Tramp holdinqdən reklam hesabına daha 20 milyon dollar alacağını gözlədiyini bildirib.