AZ

Trampın xüsusi elçisi Qəzzaya gedib

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzza bölgəsinə gedib.

Bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib.

“Dövlət katibi (Marko Rubio - red.) ilə söhbətim zamanı o qeyd etdi ki, xüsusi nümayəndə Vitkoff indi regiona, Qəzza bölgəsinə gedir”, - o bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya razı olduğu məlum olub.

"Cebheinfo.az" 

Seçilən
115
7
cebheinfo.az

10Mənbələr