AZ

Hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə hücum ediblər

ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) haker hücumuna məruz qalıb..

Poliqon xəbər verir ki, bu barədə mənbəyə istinadən Bloomberg məlumat yayıb.

Mövcud məlumata görə, təcavüzkarlar məxfi məlumatlara giriş əldə edə bilməyiblər. ABŞ Energetika Nazirliyi haker hücumunun agentliyə minimal təsir göstərdiyini və hazırda mütəxəssislərin təsirlənmiş sistemləri bərpa etdiyini bildirib.

Məlumata görə, hakerlər ABŞ Təhsil Departamentinə, bir sıra dövlət səviyyəli agentliklərə və Avropa və Yaxın Şərq hökumətlərinə məxsus sistemlərə də ziyan vurublar.

Microsoft, Çinlə əlaqəli olduğu iddia edilən Linen Typhoon və Violet Typhoon qruplarının hücumlarda iştirak edə biləcəyini bildirib.

Poliqon.info 

 

Seçilən
89
2
poliqon.info

3Mənbələr