Cari ilin ilk rübündə Azərbaycandan Polşaya yönəldilən birbaşa xarici investisiyaların həcmi 938 min ABŞ dollarına çatıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artım deməkdir.
Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
2024-cü ilin yanvar-mart aylarında həmin göstərici 418 min ABŞ dolları təşkil edib. Artım 520 min dollarla ölçülür.
Mərkəzi Bank investisiyaların konkret sahələr üzrə bölgəsini açıqlamayıb.
Aytac