AZ

Tramp: İndoneziya ABŞ mallarına rüsumları qaldırmağa razıdır

İndoneziya Amerika mallarına tətbiq edilən tarifləri və ABŞ-a mineral tədarükünə qoyulan məhdudiyyətləri qaldıracaq...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, Vaşinqton və Cakarta İndoneziyanın tarif maneələrinin 99%-ni qaldıracağı və Amerikanın sənaye, texnoloji və kənd təsərrüfatı məhsulları üçün açıq bazara çevriləcəyi barədə razılığa gəlib. ABŞ indi İndoneziyada mallarını sıfır tariflə satacaq, İndoneziya isə ABŞ-a daxil olan bütün məhsullarına 19% rüsum ödəyəcək.

Bundan əlavə, Tramp əlavə edib ki, İndoneziya ABŞ-ı vacib minerallarla təmin edəcək, həmçinin Boeing təyyarələri, kənd təsərrüfatı məhsulları və enerji resurslarının alınması üçün on milyardlarla dollar dəyərində müqavilələr bağlayacaq.

İyulun 21-də ABŞ-nin Maliyyə Naziri Scott Bessent bildirib ki, Trampın avqustun 1-də əvvəlcədən 40%-ə qədər tariflərlə hədələdiyi 14 ölkəyə qarşı planlaşdırdığı tariflər onları Vaşinqtonla daha da əlverişli ticarət sazişləri ilə razılaşmağa məcbur edəcək.

Poliqon.info 

Seçilən
41
poliqon.info

1Mənbələr