“Kəpəz”in yeni baş sponsorunun adına rəsmən aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, bu, “Unibank” olub.
“Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi - “Kəpəz” Futbol Klubunun sponsoru oldu!
Bu sadəcə bir klub dəstəyi deyil - bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir” - deyə məlumatda bildirilir.