Etibarnamə ilə əmlakı idarə edən şəxs qəyyuma dair məhdudiyyətlərə də əməl etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Yəni idarəçi də əmlakı özgəninkiləşdirə, girov qoya və ya əqdlər bağlaya bilməz. Bu, əmlakın istismarının qarşısını alır. İdarəçi, qəyyum kimi ciddi hüquqi nəzarətə tabedir.