“Çelsi” hücumçusu Nikolas Ceksonu 80-100 milyon funt-sterlinq dəyərində qiymətləndirir.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”, eyni zamanda, Avropanın digər klubları və Səudiyyə Ərəbistanı təmsilçiləri seneqallı ilə maraqlanır.
“Çelsi” Ceksonu 79 milyon funt-sterlinqə “Ayntraxt”dan “Liverpul”a qoşulmağa yaxın olan Huqo Ekitikedən daha yaxşı hücumçu hesab edir.
Cekson getsə, İngiltərə klubu ya hücumameyilli yarımmüdafiəçi və ya vinger almağa çalışacaq.