Bakı. Trend:
Yaxın vaxtlarda Dəməşqdə Səudiyyə Ərəbistanı ilə Suriya arasındainvestisiya forumu təşkil olunacaq.
Trend xəbər verirki, bu barədə Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi məlumatyayıb.
Nazirlik tədbirdən əvvəl sərmayədarları qarşılıqlı səfərləretməyə və iki ölkə arasında əməkdaşlıq imkanlarını araşdırmağaçağırıb. Bildirilib ki, nümayəndə heyətlərinin səfərləri üçünvizaların verilməsinə artıq başlanılıb.
Səudiyyə tərəfi, həmçinin Suriyada fəaliyyət göstərmək istəyəninvestorlar üçün vörkşoplar (praktiki seminarlar) təşkil edir.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının “ACWAPower” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri MəhəmmədƏbunəyyanın rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyətiSuriyaya səfər edib. Səfər çərçivəsində əməkdaşlıq imkanlarımüzakirə olunub və gələcək layihələrə dair ilkin razılaşmalar əldəedilib.