AZ

Uitkoff Qəzzada atəşkəsə nail olmaq üçün Yaxın Şərqə gedəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff Qəzza zolağında atəşkəsə nail olmaq üçün Yaxın Şərqə səfər edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus açıqlama verib.

Onun sözlərinə görə, ABŞ atəşkəs və yardımların çatdırılması üçün humanitar dəhliz yaradılmasına nail olmaq niyyətindədir.

Uitkoffun dəqiq hansı ölkəyə səfər edəcəyi haqda heç bir məlumat verilməyib.

phrase_var_article.chosen
30
2
apa.az

3phrase_var_article.sources