Sabunçu rayonun "Yeni Ramana" qaz xətti üzərində quraşdırılmış tənzimləyicinin, Nəsimi rayonunun H.Əliyev və C. Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən yeraltı ortatəzyiqli siyirtmənin əvəz olunması məqsədilə iyulun 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Ramana Südçülük Sovxozunun, Elşən Məhərrəmov küçəsinin, Sosial evlərin, Maştağa qəsəbəsi daş karxanasının bir hissəsinin, Ramana qəsəbəsinin, Yeni Ramana, D.Bünyadzadə, Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində isə Deputatski küçəsinin bir hissəsinin, Ramana 2-ci sahə Şuşa qaçqın şəhərciyinin, Ramana qəsəbəsinin C.Cabbarlı, Ə.Haqverdiyev, V.Vəliyev, H.Zərdabi, 9-cu Mədən küçələrinin, həmçinin Nəsimi rayonu üzrə isə C.Məmmədquluzadə, H.Əliyev, A.Əliyev, S.Rəhman, C.Səlimov, A.Salamzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
phrase_var_article.topics