AZ

"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?

“Barselona” “Mançester Yunayted”in futbolçusu Markos Reşfordu heyətinə qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
 

27 yaşlı futbolçu bu gün Kataloniya klubu ilə icarə müqaviləsi imzalayıb. Reşford bu mövsümün sonuna qədər “Barselona”nın formasını geyinəcək. Müqaviləyə əsasən, La Liqa təmsilçisi onu 30 milyon avroya transfer etmək hüququna malik olacaq.


Futbolçunun təqdimat mərasiminin 23 iyul tarixində “Barselona”nın prezidenti Joan Laportanın ofisində qapalı şəkildə baş tutacağı bildirilir.

Qeyd olunur ki, Reşford artıq baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında ilk məşqinə çıxıb.

Bizim.Media

phrase_var_article.chosen
23
12
bizim.media

10phrase_var_article.sources