AZ

Zəif parol 158 illik şirkəti müflis etdi

İngiltərənin Nortqemtonşir əyalətində fəaliyyət göstərən “Knights of Old” adlı 158 illik nəqliyyat şirkəti haker hücumu nəticəsində iflas edib.Metbuat.az xəbər verir ki, iddialara görə, hakerlər şirkətin sisteminə işçilərdən birinin zəif parolunu ələ keçirərək daxil olublar. Hadisədən sonra 700 nəfər işini itirib. Məlumata görə, şirkətin kibertəhlükəsizlik tədbirləri standartlara cavab verib və haker hücumlarından sığortalanıb. Bununla belə, “Akira” adlı haker qrupu onun sistemlərinə sızaraq bütün məlumatları şifrələyib və daxili sistemi ələ keçirib. Hakerlər şirkətin sistemində qeyd qoyublar və ödəniş tələb ediblər.

İddialara görə, hakerlər 5 milyon funt sterlinq tələb edib və şirkət ödənişi etmədiyi üçün iflas edib.

phrase_var_article.chosen
34
metbuat.az

1phrase_var_article.sources