AZ

Kim daha yaxşı sürücüdür? Qadınlar, yoxsa kişilər?

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

Qadınların, yoxsa kişilərin daha yaxşı sürücü olması, eləcə də hansı cinsin avtomobil idarə etməyə daha tez uyğunlaşdığı mövzusu uzun illərdir müzakirə mövzusudur.

Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə Metbuat.az-a açıqlamasında bildirib ki, kişilər avtomobil sürməyi qadınlara nisbətən daha tez öyrənirlər:

“Bir çoxları bunu onunla izah edir ki, kişilər uşaqlıqdan atalarının, qardaşlarının yanında olur, amma əsas səbəb bu deyil. Beynəlxalq tibbi araşdırmalar sübut edib ki, kişilərin reaksiya qabiliyyəti qadınlara nisbətən daha yüksəkdir. Bu da onların avtomobil sürməyə daha tez adaptasiya olmasına səbəb olur. Məsələn, kişilər adətən 10-15 saata əsas sürücülük bacarıqlarını qazana bilirlər. Amma qadınlarda bu müddət, xüsusilə yaş 55-60-ı keçibsə, bəzən 30, 40, hətta 50 saata qədər uzana bilər. Çünki kişilər hadisəyə daha tez reaksiya verir, bu da onların daha rahat və sürətli şəkildə öyrənməsinə şərait yaradır”.

Ekspert onu da qeyd edib ki, avtomobili tam şəkildə öyrənmək üçün tələb olunan vaxt, onun sürət qutusuna görə dəyişir:

“Bu sahədə indiyə qədər sovet dövrünün təcrübəsinə əsaslanırıq. Çünki hələ hazırda bu barədə qüvvədə olan yeni, konkret tənzimləmə yoxdur. Sovet dövründə avtomat sürət qutusu olan avtomobillər üçün 32 saat, mexaniki ötürücülü avtomobillər üçün isə 72 saat nəzəri və praktiki dərslər paralel şəkildə aparılırdı. Hazırda isə insanların büdcəsini də nəzərə alaraq avtomat transmissiyalı avtomobillərlə təlimi əsasən 20 saatlıq, mexanika ilə isə təxminən 30-35 saatlıq proqramla həyata keçiririk”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
20
1
metbuat.az

2phrase_var_article.sources