Yeni mövsüm üçün çalışmalarını davam etdirən "Kəpəz" bu gün yeni sponsor və transfer edib. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi əvvəlcə yeni titul sponsoru "Unibank"la müqavilə imzalandığını açıqlayıb. Müqaviləyə əsasən, "Unibank" klubun əsas sponsoru qismində çıxış edərək "Kəpəz"in inkişafına maliyyə dəstəyi göstərəcək.

Günün digər bəyanatı isə yeni transfer ilə bağlı olub. "Kəpəz" gürcüstanlı futbolçu Otar Aptsiaurini heyətinə cəlb edib. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.