Fransanın mədəniyyət naziri və Parisin meri postuna iddialı Raşida Dati korrupsiya ittihamı ilə hakim qarşısına çıxarılacaq.
Viral.az AFP agentliyinə istinadla xəbər verir ki, Paris hakimləri Dati və “Renault-Nissan”ın keçmiş rəhbəri Karlos Qonun işlərinin korrupsiya və nüfuz alveri ittihamı ilə cinayət məhkəməsinə verilməsinə qərar veriblər.
Fransa Maliyyə Prokurorluğu hesab edir ki, Dati 2009-2011-ci illərdə Avropa Parlamentinin üzvü olarkən xeyrinə lobbiçilik etdiyi “Renault”dan 900 min avro alıb.
Son Yazılar:
- Nazir korrupsiya ittihamı ilə hakim qarşısına çıxarılacaq
- BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
- Messi diskvalifikasiya oluna bilər
59 yaşlı nazir ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Fransa hökumətindəki mənbə agentliyə bildirib ki, müttəhim statusuna baxmayaraq, o, hökumətdə qalacaq. İlk məhkəmə iclası sentyabrın 29-na təyin edilib.