BAKI, 22 iyul. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyaya işgüzar səfərə gedəcək.
Teleqraf xəbər verir ki,bu barədəErmənistan hökumətindəki mənbə “İnterfaks”a bildirib.
İyulun 24-25-də N.Paşinyanın Altayda ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə həsr olunacaq konfransda iştirakı gözlənilir.
Ermənistanın Baş nazirinin iyulun 18-dən 23-dək məzuniyyətdə olduğu da bildirilir.