AZ

Suriya prezidentinə 3 sui-qəsd: Bakıda onun rəsmilərinə xəbərdarlıq edilib

Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa son 7 ayda 3 dəfə sui-qəsd hədəfi olub.

Yenisabah.az Yedioth Ahoronoth-a istinadla xəbər verir ki, onu öldürməyə ilk cəhd mart ayında olub.

Şəraa Sarayını tərk edərkən türk mühafizəçiləri şübhəli hərəkətlər aşkarlayıb. Cinayətkar həbs edilib. Şaraa güclü lider imicini qorumaq üçün hadisənin ictimaiyyətə açıqlanmamasını əmr edib. Marqarita pizza

İkinci cəhd Darada qeydə alənıb.Onun suriyalı və türk mühafizəçiləri iki şübhəli şəxsi görüblər və son anda kortejin marşrutunu dəyişiblər.

Üçüncü cəhd Dəməşqdə olub. Şaraanı pusquya salmağa cəhd göstərilib.

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrakın fikrincə, Əhməd Şaraa “son dərəcə ciddi təhlükələr”lə üzləşir:

“Birləşmiş Ştatlar Şaraanın təhlükəsizliyindən getdikcə daha çox narahat olur, prezidentin həyatını qorumaq üçün xüsusi təhlükəsizlik bölməsi yaratmalıyıq”.

ABŞ bu məsələdə Türkiyə kəşfiyyatına güvənir.

İsrailin baş naziri Benyamin Netanyahunun adamları Azərbaycanda keçirilən yarıgizli danışıqlar zamanı suriyalı rəsmilərə “açıq xəbərdarlıqlar” edib. Oxşar xəbərdarlıq türklərə də edilib ki, İsrail “druzlara hücumlara görə cavab verməkdən çəkinməyəcək”.


Telegram kanalımız
phrase_var_article.chosen
25
1
yenisabah.az

2phrase_var_article.sources