AZ

Ledi Qaqa səhnədə iki dəfə yıxıldı

Məşhur müğənni Ledi Qaqa Las-Veqasda ( ABŞ ) konsert zamanı səhnədə yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə "Tribune" məlumat yayıb.

Hadisə sənətçinin "Mayhem Ball" turnesi çərçivəsində "T-Mobile Arena"da "Vanish Into You" mahnısını ifa edərkən baş verib.

Əvvəlcə Qaqanın operatorlarından biri səhnənin kənarında sürüşüb və yaxınlıqdakı təhlükəsizlik işçisi ekipaj üzvünü tutaraq onun yıxılmasının qarşısını alıb. Qaqa əyilmiş kameranı düzəldib, lakin özü də büdrəyib.

Daha sonra səhnəyə doğru gedən Ledi Qaqa yerə böyrü üstə möhkəm dəyib. Ayağa qalxmasına köməklik göstərilib və ifaçı ləngimədən ifasını davam etdirib.

phrase_var_article.chosen
32
publika.az

1phrase_var_article.sources