Bakı. Trend:
İyulun 22-də Medianın İnkişafı Agentliyi, Audiovizual Şura,Mətbuat Şurası və bir sıra media rəhbərləri Azərbaycan millimətbuatının 150 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək UluÖndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə güldəstələri düzüblər.
Trend xəbər verirki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın daxatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi"qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim vəmaarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tərgüllər qoyulub, dərin minnətdarlıq hissi ilə böyük mütəfəkkirinəziz xatirəsi yad edilib.
Eyni zamanda, Zəfər abidəsinin önünə əklil və tər güllərqoyulub, Vətən müharibəsində canlarını fəda edən şəhidlərin əzizxatirəsi ehtiramla anılıb.