AZ

Avropa ölkəsində təyyarə magistrala düşdü -

İtaliyanın şimalındakı Breşiada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Metbuat.az xəbər verir ki, hadisə zamanı biri qadın və biri kişi olmaqla iki nəfər həlak olub. Məlumata görə, təyyarə yola düşüb. Açıqlamada təyyarə qəzasında heç bir avtomobilin zərər görmədiyi, lakin qəzadan sonra təyyarənin alovlandığı qeyd edilib. Alov ağacları da əhatə edib. Yanğısöndürənlər alovu söndürüb.

İtaliya mətbuatının məlumatına görə, qəzanın səbəbləri araşdırılır.

phrase_var_article.chosen
16
2
metbuat.az

3phrase_var_article.sources