"Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy karyerasınş İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "Kalyari" 19 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb edəcək. Razılaşma satınalma bəndi də olacaq.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

S. Kılıçsoy iki mövsümdür "Beşiktaş"ın əsas komandasında çıxış edir. O, İstanbul klubunun heyətində 82 oyuna çıxıb və 16 qol vurub.