AZ

Messi MLS Ulduzlar matçında iştirakdan imtina etdiyinə görə cəzalandırıla bilər

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in Ulduzlar matçında iştirakdan imtina etdiyi üçün bir oyunluq cəza ala bilər.

90deqiqe.Az-ın “ESPN”ə istinadən verdiyi məlumata görə, 38 yaşlı futbolçu oyuna hazırlıq məqsədilə keçirilən məşqdə iştirak etməyib.

İyulun 23-də MLS ulduzları Meksika çempionatının ulduzları ilə qarşılaşacaq.

Cari mövsümdə Messi bütün turnirlərdə 29 oyuna çıxaraq 24 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər etibarlıdır. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Seçilən
34
90deqiqe.az

1Mənbələr