Rusiyanın paytaxtının qərbində yerləşən "Kuntsevo Plaza" ticarət mərkəzi leysan yağışlar səbəbindən su altında qalıb.
Publika.az xəbər verir ki, bu barədə "Perviy Moskovski" "Telegram" kanalı məlumat yayıb.
Hadisə iyulun 22-də axşam saatlarında baş verib. Hadisə şahidinin lentə aldığı videoda binanın tavanından suyun aşağı axması, döşəməni basması və ticarət mərkəzinin əməkdaşlarının suyu toplamaq üçün zibil qablarını doldurması görünür. Döşəmə yuyan maşınla işləyən bir nəfər də yağışın nəticələrini təmizləməyə cəhd edərkən kameraya düşüb.